Müdafiə naziri Zakir Həsənov hərbi attaşelərlə görüşüb
3 Avqust 2026 19:26   Paylaş

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov xarici ölkələrin Azərbaycandakı səfirlikləri nəzdində fəaliyyət göstərən hərbi attaşelərlə görüşüb.

"Stabil.az" bu barədə Müdafiə Nazirliyinə istinadən məlumat verib.

Görüşdə nazirə cari il ərzində Azərbaycanın digər dövlətlərlə hərbi əməkdaşlığının mövcud vəziyyəti, hərbi attaşelik aparatlarının fəaliyyəti və xarici ölkələrdə yeni yaradılmış attaşelik aparatları barədə ətraflı məlumat verilib.

Tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə dayanıqlı sülhün təmin olunması istiqamətində həyata keçirilən dövlət siyasətinin, eləcə də ölkədə ordu quruculuğu sahəsində aparılan islahatların beynəlxalq müstəvidə təbliğinin əhəmiyyəti vurğulanıb.

Z.Həsənov hərbi attaşelik aparatlarının xarici ölkələrdə Azərbaycanın milli maraqlarının müdafiəsi və hərbi əməkdaşlığın inkişafı istiqamətində gördüyü işləri müsbət qiymətləndirib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol