Moskva və Kiyev arasında hərbçilərin meyitlərinin mübadiləsi aparılıb
29 Yanvar 2026 16:10   Paylaş

Rusiya və Ukrayna arasında bu il ilk dəfə olaraq hərbçilərin meyitlərinin mübadiləsi həyata keçirilib.

"Stabil.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, mübadilə 1000-ə 38 nisbətində baş tutub. Razılaşmaya əsasən, Rusiya 1000 ukraynalı hərbçinin meyitini Ukraynaya, Ukrayna isə 38 rusiyalı hərbçinin meyitini Rusiyaya təhvil verib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol