Moskva: Çin və Rusiya nüvə sınaqları aparmayıb
18 Fevral 2026 15:30   Paylaş

Rusiya və Çin nüvə sınaqları keçirməyib.

"Stabil.az" xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

O, ABŞ-ın 2020-ci ilin iyun ayında Çində yeraltı nüvə sınaqları ilə bağlı yeni məlumatların olması iddiasını təkzib edib.

“Hansısa sınaqlarla bağlı çox sayda istinad eşitmişik. Bu məsələdə həm Rusiya Federasiyası, həm də Çin qeyd olunub. Nə Rusiya, nə də Çin hər hansı nüvə sınağı keçirib. Bilirik ki, bu iddialar Çin Xalq Respublikasının nümayəndəsi tərəfindən də qətiyyətlə rədd edilib”, - Rusiya Prezidentinin sözçüsü qeyd edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol