Morten Yulmann karyerasını İspaniya təmsilçisi "Atletiko"da davam etdirəcək
Danimarka millisinin və Portuqaliyanın "Sportinq" klubunun yarımmüdafiəçisi Morten Yulmann karyerasını "Atletiko"da davam etdirəcək.
"Stabil.az" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Klublar yarımmüdafiəçinin keçidi ilə bağlı razılığa gəliblər və artıq sənədləşmə işləri başlayıb.
Madrid təmsilçisi oyunçu üçün qarşı tərəfə 40 milyon avro ödəyəcək və M.Yulmannla 5 illik müqavilə imzalayacaq.
Xatırladaq ki, 2023-cü ildən "Sportinq"də çıxış edən Danimarka millisinin üzvü ötən mövsüm 45 oyunda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





