"Moodys": Hörmüz boğazında gəmiçilik riskləri Orta Dəhlizin aktuallığını artırır
Hörmüz boğazında gəmiçiliklə bağlı risklər alternativ enerji və ticarət dəhlizlərinin, o cümlədən Xəzər regionu və Cənubi Qafqazdan keçən marşrutların aktuallığını artırır.
Bu barədə "Report" "Moody"s" beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir.
"Çindən Qazaxıstan, Xəzər dənizi akvatoriyası, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropaya uzanan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) qlobal ticarət axınlarının yenidən yönləndirilməsi fonunda üstünlüklər əldə edir. Bu, regional dəmir yolu və logistika xidmətləri operatorlarının inkişafı üçün perspektivlər yaradır", - ekspertlər qeyd edirlər.
Eyni zamanda, "Moodys"in analitikləri vurğulayırlar ki, bu potensialın tam reallaşdırılması üçün irimiqyaslı investisiyalar lazımdır. Bu cür yatırımlar vəsaitlərin səmərəsiz istifadəsi və borc yükünün artması riskləri ilə əlaqələndirilir, həmçinin Xəzər keçidlərindəki infrastruktur "darboğaz"larının aradan qaldırılmasını tələb edir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





