Moody’s Azərbaycanın kredit profilinə dair rəyini açıqlayıb
21 Yanvar 2026 18:30   Paylaş

“Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycan hökuməti üzrə kredit profilinə dair rəyini yeniləyib.

"Stabil.az" “APA-Economics”ə istinadən xəbər verir ki, agentlik ölkənin suveren kredit reytinqini Baa3, proqnozunu isə “müsbət” səviyyəsində göstərir.

Moody’s-in qiymətləndirməsinə görə, Azərbaycanın kredit profili iri həcmdə xalis kreditor mövqeyi ilə dəstəklənir. Bu mövqe hökumət üçün əhəmiyyətli maliyyə buferi təmin edir, dövlətin likvidlik imkanlarını gücləndirir və xarici həssaslıq risklərini azaldır.

Eyni zamanda qeyd olunur ki, regional münasibətlərdə gərginliyin davam etməsi geosiyasi risklərin əsas amillərindən biridir.

Qeyd edək ki, bu açıqlama rəsmi kredit reytinqi deyil, Moody’s-in planlı analitik rəyini əks etdirir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol