"Moody’s": Azərbaycan iqtisadiyyatı gələn iki ildə 2,5–3% artacaq
"Moody’s" agentliyi Azərbaycanın 2026–2027-ci illərdə real ÜDM artımının 2,5–3% olacağını bildirir.
“Stabil.az” xəbər verir ki, bu barədə "Moody’s"in Azərbaycanın bank sisteminin perspektivlərinə dair hesabatında bildirilir.
Bu göstərici 2025-ci il üçün gözlənilən 1,5% və 2024-cü ildə qeydə alınmış 4,1% artımla müqayisədə daha yüksəkdir.
Agentliyin qiymətləndirməsinə görə, iqtisadi artımın sürətlənməsi əsasən qeyri-neft sektorunun sabit inkişafı ilə bağlı olacaq. Bank əməliyyatlarının böyük hissəsi məhz bu sektorun payına düşür.
Hesabatda qeyd olunur ki, bu tendensiya kreditləşmənin artımını, bank sektorunda aktivlərin keyfiyyətinin qorunmasını və rentabelliyin saxlanmasını dəstəkləyəcək.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





