Monteneqro XİN Azərbaycan vətəndaşları üçün viza prosedurlarını açıqladı
30 Yanvar 2026 17:34   31 Jan 2026 00:53 Paylaş

Monteneqro Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşları üçün viza prosedurlarını açıqlayıb.

"Stabil.az" nazirliyə istinadən xəbər verir ki, Monteneqro vizası almaq istəyən Azərbaycan vətəndaşları Türkiyədəki Monteneqro səfirliyinin Bakı ofisinə müraciət edə bilərlər.

Qeyd olunur ki, 2026-cı il yanvarın 15-dən etibarən Azərbaycan vətəndaşları Monteneqroya səfər üçün viza almalıdır. Bu qərar ölkənin Avropa İttifaqına üzvlük perspektivləri ilə izah edilib.

XİN həmçinin gələcəkdə viza prosedurunun mərkəzləşdirilməsi planlaşdırıldığını və bunun üçün "VFS Global" şirkəti ilə əməkdaşlığın genişləndiriləcəyini bildirib. Bu çərçivədə şirkətin Azərbaycandakı viza mərkəzləri də müraciətləri qəbul edəcək.

Monteneqro səfərləri üçün iki tip viza mövcuddur:

  • C vizası (qısamüddətli) – Monteneqro ərazisinə tranzit keçid və ya 180 gün ərzində 90 günədək qalmaq üçün verilir.

  • D vizası (uzunmüddətli) – Monteneqroda 90 gündən artıq, lakin bir il ərzində 6 aydan çox olmamaq şərti ilə qalmaq istəyənlər üçün verilir.

Müraciət qaydaları belədir: C vizası üçün səfərdən ən geci 15 gün əvvəl, D vizası üçün isə 60 gün əvvəl müraciət edilməlidir. Viza müraciətinə qərar 10 gün ərzində qəbul edilir, əlavə baxılma tələb olunarsa müddət 30 günədək, əlavə sənədlər tələb olunarsa 60 günədək uzadıla bilər.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol