Monqolustanda sərt soyuq 13 insanın ölümünə səbəb olub
Monqolustanda 2026-cı ilin yanvar ayında hipotermiya nəticəsində 13 nəfər ölüb.
"Stabil.az" xəbər verir ki, məlumatı ölkənin Milli Polis Agentliyi yayıb. Bildirilir ki, kəskin soyuq hava ölüm hallarının artmasına səbəb olub.
Ölkənin Hava Monitorinqi Agentliyinin məlumatına görə, yanvarın 21-də Monqolustanın şimalında yerləşən Selenge əyalətinin Eruu somonunda gecə saatlarında temperatur mənfi 45,2 dərəcəyə enib.
Qeyd olunur ki, Monqolustanda qış mövsümü uzun və sərt keçir. Ölkədə hava temperaturu qış aylarında adətən mənfi 25-dən mənfi 45 dərəcəyədək dəyişir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





