Moldova XİN vətəndaşlarını Rusiya səfərlərindən çəkinməyə çağırıb
24 İyul 2026 17:44   Paylaş

Moldova Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını Rusiya ərazisinə səfər etməməyə çağırıb.

"Stabil.az"ın məlumatına görə, bununla bağlı nazirliyin yaydığı bəyanatda bildirilir ki, olduqca zəruri ehtiyac olmadıqda bu ölkəyə səfər arzuolunan deyil.

XİN buna səbəb kimi Moldova vətəndaşlarının Rusiyada qarşılaşa biləcəyi arzuolunmaz situasiyanı əsas götürüb.

"Eyni zamanda Moldova Respublikası vətəndaşları Rusiya Federasiyası ilə Belarus Respublikası arasında sərhəd keçid məntəqələrində ciddi nəzarətə məruz qala bilərlər. Buraya hərtərəfli yoxlamalar və dindirmələr, səyahət sənədlərinin müvəqqəti müsadirə edilməsi, mobil telefonların və digər elektron cihazların yoxlanılması, biometrik məlumatların toplanması və kifayət qədər izahat verilmədən Rusiya Federasiyasına girişin qadağan edilməsi daxil ola bilər" - deyə, bəyanatda bildirilir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol