Moldova XİN başçısı Zəfər parkı və Şəhidlər xiyabanını ziyarət edib
Martın 6-da Moldova Baş nazirinin müavini və XİN naziri Mixay Popşoi Şəhidlər xiyabanı və Zəfər parkını ziyarət edib.
"Stabil.az" nazirliyə istinadən xəbər verir ki, Zəfər parkında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Moldova Baş nazirinin müavini, xarici işlər naziri Zəfər abidəsinin önünə əklil qoyub.
Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.
Daha sonra Şəhidlər xiyabanında ziyarət zamanı Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla anıb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.
Sonra Bakının mənzərəsini seyr edən qonağa Azərbaycan paytaxtında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.



Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




