Moldova millisinin futbolçusu Viktor Stina "Kəpəz"ə keçib
"Kəpəz" moldovalı futbolçu Viktor Stinanı heyətinə qataraq transferini reallaşdırıb.
"Stabil.az" kluba istinadən xəbər verir ki, 28 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb.
Son olaraq Moldovanın "Zimbru" klubunun formasını geyinən Viktor Stina ölkəsinin milli komandasında da çıxış edib.
O, Moldova millisinin heyətində keçirdiyi 30 oyunda 4 qol vurub.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





