MN: Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
Aprelin 13–17-də istismar müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla Ağdərə rayonundakı təlim mərkəzində məhv ediləcək.
"Stabil.az" bu barədə Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinə istinadən məlumat verib.
“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, - deyə məlumatda bildirilir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





