Mixeil Kavelaşvili: Gürcüstan Orta Dəhlizin təhlükəsizliyi və inkişafına tam diqqət ayırır
Mövcud geosiyasi şərait Orta Dəhlizin strateji əhəmiyyətini daha da artırıb və Gürcüstan bu dəhlizin təhlükəsiz, effektiv və dayanıqlı fəaliyyəti üçün bütün imkanlarını səfərbər edir.
"Stabil.az" xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Xorvatiya Prezidenti Zoran Milanoviç ilə birgə brifinqdə bildirib.
Kavelaşvilinin sözlərinə görə, Gürcüstan hökumətinin seçdiyi sülh, sabitlik və iqtisadi rifaha əsaslanan siyasət dəyişməzdir və ölkənin Cənubi Qafqazda uzun illər yürütdüyü sülhməramlı xətt bunu açıq şəkildə göstərir.
Prezident vurğulayıb ki, Gürcüstan Orta Dəhlizin mühüm qovşaqlarından biri olaraq Balkan ölkələri ilə Asiya arasında nəqliyyat dəhlizinin inkişafını prioritet hesab edir. Kavelaşvili əlavə edib ki, Gürcüstan Xorvatiya ilə ikitərəfli münasibətlərin inkişafında maraqlıdır və bu əməkdaşlıq Cənubi Qafqazla Balkan regionlarının yaxınlaşmasına töhfə verə bilər.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





