Misli Premyer Liqasının XXVII turunda bu gün üç oyun keçiriləcək
11 Aprel 2026 14:12   Paylaş

Bu gün futbol üzrə Misli Premyer Liqasının XXVII turunda üç oyun keçiriləcək və “Qarabağ”, “Zirə” və “Neftçi” növbəti qarşılaşmalarına çıxacaqlar.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə meydana "Şamaxı" və “Qarabağ" komandaları çıxacaq. Şamaxı şəhər stadionunda təşkil olunacaq görüş saat 15:30-da başlayacaq.

Saat 18:00-da start götürəcək ikinci görüşdə “Zirə” "Bank Respublika Arena"da “Sabah”ın qonağı olacaq.

Son qarşılaşmada “Neftçi” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edəcək. “Palms Sports Arena” stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Qeyd edək ki, tura aprelin 12-də yekun vurulacaq. Açılış matçında "Karvan-Yevlax" "Kəpəz"i 4:1 hesabı ilə üstələyib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol