Misli Premyer Liqası: "Sabah" və "Qarabağ" bu gün mövsümün son matçına çıxırlar
Azərbaycan çempionatının son turu çərçivəsində bu gün meydana çıxacaq turnirin iddialı klubları "Sabah" və "Qarabağ" cari mövsümdəki sonuncu oyunlarını keçirəcəklər.
"Stabil.az"ın məlumatına görə, ilk olaraq ölkə çempionu "Sabah" "Turan Tovuz"la qarşılaşacaq.
Qarşılaşma "Bank Respublika Arena"da, saat 17:00-da start götürəcək. Masazır təmsilçisi 75 xalla birinci, bölgə klubu 59 xalla üçüncü pillədə qərarlaşıb.
Günün ikinci görüşündə "Qarabağ" "Sumqayıt"ın qonağı olacaq. Görüş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 19:30-da başlayacaq. "Köhlən atlar" 66 xalla ikinci, "kimyaçılar" 41 xalla yeddincidir.
Xatırladaq ki, Azərbaycan Premyer Liqasında tura mayın 24-də yekun vurulacaq. Ötən gün "Qəbələ" "Şamaxı"nı 3:1 hesabı ilə üstələyib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





