Misirdə uşaqların sosial media istifadəsinə məhdudiyyətlər nəzərdə tutulur
6 Fevral 2026 16:55   Paylaş

Misirdə uşaq və yeniyetmələrin TikTok, Facebook, YouTube və digər sosial şəbəkələrə çıxışını məhdudlaşdıran qanun layihəsi hazırlanır.

"Stabil.az" yerli mediaya istinadla xəbər verir ki, qanun layihəsi Misirin Rabitə Tənzimləmə Xidməti, Medianın Təşkili Ali Şurası və digər qurumların iştirakı ilə ərsəyə gətirilir.

Hökumət tərəfindən dəstəklənən təşəbbüs yeniyetmələrin psixi və fiziki sağlamlığının qorunması məqsədi daşıyır.

Misir Prezidenti Əbdülfəttah əs-Sisi sosial şəbəkələrin uşaq və yeniyetmələrin sağlamlığına mənfi təsiri barədə danışıb.

Qeyd edək ki, bu yaxınlarda ölkədə uşaq və yeniyetmələrin həyatlarını təhdid edən “Robolex” oyunu qadağan edilib.

Misir Statistika Xidmətinin 2025-ci ilə olan məlumatına görə, 18 yaşadək uşaqlar 108 milyon nəfərlik əhalinin 36.8 faizini (39,7 milyon) təşkil edir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol