Misir neft tədarükü üçün Əlcəzairlə razılaşdı
6 May 2026 09:34   Paylaş

Əlcəzairin milli neft və qaz şirkəti “Sonatrach” ilə Misirin Neft və Mineral Ehtiyatlar Nazirliyi arasında imzalanan memorandum Misirin Əlcəzairdən xam neft almasını təmin edəcək.

"Stabil.az" xəbər verir ki, bu barədə Misirin Neft və Mineral Ehtiyatlar Nazirliyi məlumat yayıb.

Müqavilə Misirə daxili bazardakı ehtiyaclarını ödəmək üçün Əlcəzairdən xam neft idxal etməyə imkan verəcək.

Qeyd edək ki, ABŞ və İran arasında müharibənin yaratdığı enerji böhranından sonra Misir hökuməti bir çox ölkədən yanacaq idxal etməyə başlayıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol