Misir Efiopiya diplomatını ölkədən çıxaracaq
2 Oktyabr 2026 09:56   Paylaş

Misir Efiopiyanın Əddis-Əbəbədəki Misir diplomatik nümayəndəliyinin əməkdaşını arzuolunmaz şəxs elan etməsinə cavab olaraq, Qahirədəki Efiopiya səfirliyinin bir əməkdaşını ölkədən çıxaracaq.

"Stabil.az" xəbər verir ki, bu barədə “Əl-Qahira əl-İxbariya” dövlət telekanalı məlumat yayıb. Bildirilir ki, diplomat 48 saat ərzində Misiri tərk etməlidir.

Qeyd edək ki, Efiopiya oktyabrın 1-də Misir səfirliyinin əməkdaşlarından birini “persona non qrata” elan edib. Qahirə qərarı əsassız hesab etsə də, Əddis-Əbəbənin addımına mütənasib cavab verəcəyini açıqlayıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol