Mirzoyan və Kallas Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
7 Aprel 2026 15:57   Paylaş

Ermənistan XİN rəhbəri Ararat Mirzoyan və Avropa diplomatiyasının lideri Kaya Kallas Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

"Stabil.az" xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Tərəflər Ermənistan-Avropa İttifaqı əməkdaşlığının strateji gündəliyinin ardıcıl həyata keçirilməsinə yönəlmiş işləri müzakirə ediblər. Onlar qarşıdan gələn yüksək səviyyəli səfərlərin və tədbirlərin gündəliyindəki məsələlərə və təşəbbüslərə toxunublar.

Həmçinin Mirzoyan və Kallas Yaxın Şərqdə hadisələrin inkişafı və vəziyyətin nizamlanmasının mümkün yolları barədə fikir mübadiləsi aparıblar.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol