Mingəçevirdə “Prezident Kuboku-2026” iştirakçılarının rəsmi paradı keçirilib
28 Aprel 2026 16:29   Paylaş

Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan avarçəkmə üzrə beynəlxalq “Prezident Kuboku-2026” yarışında 16 ölkənin komandaları rəsmi paradda iştirak edib.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, şəhərin mərkəzində təşkil olunan paradda Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistan komandaları iştirak ediblər.

Parad zamanı əvvəlcə rəsmi şəxslər və qonaqlar Ümummilli Lider Heydər Əliyevin Mingəçevir şəhərindəki abidəsini ziyarət ediblər. Daha sonra iştirakçı komandaların Heydər Əliyev prospekti boyunca keçidi olub.

Şəhər sakinlərinin böyük coşqu ilə qarşıladığı paradın sonunda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Rəsmi hissədən sonra müxtəlif rəqs və musiqi nömrələri təqdim olunub.

Saat 19:00-dan etibarən isə “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında rəsmi açılış mərasimi keçiriləcək. Tədbir zəngin bədii proqramla davam edəcək. Tamaşaçılara müxtəlif rəqs və musiqi nömrələri, eləcə də xüsusi şou proqramlar təqdim olunacaq.

Tədbir atəşfəşanlıqla yekunlaşacaq.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol