Minalar və partlamamış hərbi sursatlar Əfqanıstanda 87 nəfərin ölümünə səbəb olub
2025-ci il ərzində Əfqanıstanda mina və partlamamış hərbi sursatların partlaması nəticəsində azı 87 nəfər ölüb, 333 nəfər isə yaralanıb.
"Stabil.az" Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Milli Fövqəladə Halların İdarə Edilməsi Qurumu məlumat yayıb. Bildirilib ki, il ərzində mina və partlamamış sursatlarla bağlı 193 partlayış hadisəsi qeydə alınıb.
BMT Əfqanıstanı mina və partlamamış sursatlar səbəbindən ən çox itki qeydə alınan ölkələr sırasında dünyada üçüncü yerdə göstərir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





