Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya səfər edib
7 May 2026 09:51   Paylaş

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Aralıq Dənizi Parlament Assambleyasının Parlament Sədrlərinin 1-ci Sammitində ölkəmizi təmsil etmək məqsədilə Monteneqroya işgüzar səfərə yollanıb.

"Stabil.az" bu barədə Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən məlumat verib.

Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova Budva şəhərində keçiriləcək Aralıq Dənizi Parlament Assambleyasının Parlament Sədrlərinin 1-ci Sammitində iştirak edəcək.

Milli Məclisin sədrinin sammitdə çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol