Milli Məclisin sədri Sahibə Qafarova Belqradda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib
3 İyun 2026 10:58   03 Jun 2026 11:06 Paylaş

Serbiyada işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova paytaxt Belqraddakı Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, spiker Sahibə Qafarova abidənin önünə gül dəstələri düzüb, Ümummilli Liderin xatirəsinə ehtiramını ifadə edib.

Sonra Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti burada görkəmli serb yazıçısı Milorad Paviçin abidəsini də ziyarət edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol