Milli Məclis və TBMM sədrlərinin görüşündə strateji müttəfiqlik münasibətləri müzakirə olunub
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş İƏT Parlament İttifaqının 20-ci Konfransı çərçivəsində Bakıda Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşüb və Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmini qeyd edib.
"Stabil.az" xəbər verir ki, bu barədə Numan Kurtulmuş X-da paylaşım edib.
“Görüş zamanı ölkələrimiz arasında mövcud olan dərin dostluq və qardaşlıq əlaqələrinin bütün sahələr üzrə daha da möhkəmlənməsindən məmnunluğumuzu qarşılıqlı şəkildə ifadə etdik. Həmçinin regional və qlobal səviyyədə baş verən proseslər ətrafında fikir mübadiləsi apardıq. Söhbət zamanı Azərbaycan ilə Türkiyə arasında strateji müttəfiqliyin Şuşa Bəyannaməsinə uyğun olaraq bütün istiqamətlərdə daha da gücləndirilməsi əzmimizi bir daha təsdiqlədik”, - deyə TBMM sədri qeyd edib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





