Milli Hidrometeorologiya Xidmətindən "sarı xəbərdarlıq": Güclü külək gözlənilir
Mayın 5-i və 6-da ölkənin bəzi bölgələrində hava şəraitinin pisləşəcəyi və küləyin güclənəcəyi ilə bağlı sarı xəbərdarlıq elan edilib.
"Stabil.az" bu barədə Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat verib.
Qeyd edilib ki, Naxçıvan MR, Neftçala, Salyan, Mingəçevir, Göyçay, Göygöl, Gəncə, Samux, Naftalan, Goranboy, Daşkəsən, Gədəbəy, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şirvan, Ağsu, Şamaxı, Qobustan, Quba, Qusar, Xızı, Xaçmaz, Şabran, Siyəzən, Lerik, Yardımlı, Kəlbəcər, Laçın, Cəbrayıl, Füzuli, Zəngilanda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





