Milli Hidrometeorologiya Xidməti: Lerikdə qar 1 metrdən yüksəkdir
21 Yanvar 2026 11:25   Paylaş

Azərbaycan ərazisinin əksər yerlərində yağıntılı hava davam edir. Lerikdə qarın hündürlüyü 116 sm-ə çatıb.

“Stabil.az” Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, yanvarın 21-i saat 10:00-a olan məlumata görə, ölkənin bir çox bölgələrində sulu qar və qar yağır.

Yağan qarın hündürlüyü bölgələr üzrə belədir: Lerik – 116 sm, Astara dağlıq – 70 sm, Yardımlı – 49 sm, Əlibəy (Zaqatala) və Kəlbəcər – 42 sm, Şahbuz – 32 sm, Sarıbaş (Qax) – 28 sm, Şuşa – 27 sm, Kişçay (Şəki) – 24 sm, Xızı – 22 sm, Xankəndi və Qrız – 20 sm, Xalta – 18 sm, Cəlilabad – 16 sm, Laçın və Qubadlı – 15 sm, Lazada (Qusar) – 15 sm, Şamaxı və Şirvan – 13 sm, İvanovka (İsmayıllı) və Xınalıq – 12 sm, Xocalı, Qobustan və Şərur – 10 sm, Şahdağ və Biləsuvar – 9 sm, Quba və Gədəbəy – 8 sm, Füzuli və Oğuz – 7 sm, İmişli və Naxçıvan – 6 sm, Daşkəsən, Qəbələ və Sədərək – 5 sm, Tərtər, Ağdam və Göyçay – 3 sm, Ceyrançöl – 2 sm, Ordubad, Ağsu, Bərdə və Naftalan – 1 sm.

Düşən yağıntının miqdarı belədir (mm): Beyləqan və Lənkəran – 24, Bakı və Abşeron yarımadası – 15, Sabirabad – 13, Astara – 12, Kürdəmir – 9, Tovuz, Zərdab və Mingəçevir – 6, Balakən və Yevlax – 5, Gəncə və Şəmkir – 4, Ağstafa və Neftçala – 3, Şabran – 2, Göygöl – 1.

Sumqayıt, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qax, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Qrız, Yardımlı və Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu belədir: Bakı və Abşeron – 1°C, Aran rayonları – 2°C, Naxçıvan MR – 15°C, dağlıq rayonlar – 9°C, yüksək dağlıq ərazilər – 18°C şaxta.

Proqnoza görə, yanvarın 21-i gündüzdən hava şəraiti yavaş-yavaş mülayimləşəcək, 22-25-də ölkənin əksər rayonlarında əsasən yağmursuz hava gözlənilir. Temperatur tədricən yüksələcək, mülayim cənub-qərb küləyi üstünlük təşkil edəcək.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol