Milli Hidrometeorologiya Xidməti küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib
17 Aprel 2026 16:44   18 Apr 2026 03:58 Paylaş

Milli Hidrometeorologiya Xidməti aprelin 18-də Bakıda və Abşeron yarımadasında, aprelin 18-20-də isə bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

"Stabil.az" Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Gəncə, Göygöl, Samux, Ağdam, Yevlax, Tərtər, Bərdə, Göyçay, Neftçala, Salyan, Quba, Şabran, Siyəzən, Qobustan, Şəki, Qəbələ, Oğuz, Kəlbəcər, Cəbrayıl, Füzuli, Laçın, Zəngilanda isə sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.

Daşkəsən, Goranboy, Naftalan, Mingəçevir, Qusar, Xaçmaz, Xızı, Lerik, Yardımlıda narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 20.8-28.4 metrədək güclənəcək.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol