Milli Hidrometeorologiya Xidməti küləklə bağlı sarı xəbərdarlıq edib
6 Mart 2026 15:58   Paylaş

Martın 7-də Bakıda, Abşeron yarımadasında və bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq elan olunub.

"Stabil.az" Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında, Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Neftçala, Salyan, Kəlbəcər, Laçın, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Göygöl, Samux, Daşkəsən, Gədəbəy, Goranboy, Naftalan, Yevlax, Tərtər, Bərdə və Mingəçevir, Şirvan, Lerik, Yardımlıda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol