Milli Hidrometeorologiya Xidməti: bazar günü hava yağmurlu olacaq
Azərbaycanda fevralın 15-də havanın yağmurlu keçəcəyi proqnozlaşdırılır.
“Stabil.az” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi arabir güclənəcək, gündüz isə mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5–9° isti, gündüz 14–16° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 70–80 % təşkil edəcək.
Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış, dağlıq ərazilərdə qar ehtimalı var. Bəzi yerlərdə arabir duman müşahidə olunacaq, qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 4–9° isti, gündüz 17–22° isti, dağlarda gecə 3–8° isti, gündüz 15–20° isti olacaq.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





