Milanda tramvay qəzası: ölənlər və onlarla yaralı var
27 Fevral 2026 23:44   28 Feb 2026 00:36 Paylaş

İtaliyanın Milan şəhərində tramvayın relsdən çıxması nəticəsində iki nəfər ölüb, azı 40 nəfər yaralanıb.

"Stabil.az" xəbər verir ki, bu barədə İtaliyanın "Corriere della Sera" nəşri məlumat yayıb.

Qeyd olunub ki, hadisə yerində polislər və xilasedicilər işləyirlər. Prokurorluq ehtiyatsızlıqdan adam öldürmə faktı ilə bağlı araşdırmaya başlayıb.

Versiyalar arasında son dayanacaqda dayanmayan sürücünün özünü pis hiss etməsi də nəzərdən keçirilir. O, yüngül xəsarətlərlə xəstəxanaya çatdırılıb. İlkin məlumatlara görə, nəqliyyat vasitəsi yüksək sürətlə hərəkət edib.

Relsdən çıxan tramvay piyadaları vuraraq binaya çırpılıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol