Mikayıl Cabbarov “Yüksəliş müsabiqəsi” qalibləri ilə Mentorluq proqramını müzakirə edib
14 Aprel 2026 19:59   Paylaş

İqtisadiyyat naziri Mikayıl Cabbarov V “Yüksəliş” müsabiqəsinin qalibləri Elnur Məmmədli və Kamran Ələsgərovla Mentorluq proqramı çərçivəsində ilk görüş keçirib.

"Stabil.az" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, nazir qalibləri müsabiqədə əldə etdikləri uğur münasibətilə təbrik edib, gənclərin bilik və bacarıqlarının daha da artırılmasının, şəxsi inkişafın önəmini vurğulayıb. İştirakçılar təhsil və peşəkar fəaliyyət istiqamətləri, həmçinin gələcək hədəfləri ilə bağlı məlumat veriblər. Görüşdə qaliblərin fərdi inkişaf planı, idarəetmə və peşə bacarıqlarının inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Mentorluq proqramı müddətində potensial addımlar müzakirə edilib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol