Mikayıl Cabbarov: BƏƏ ilə iqtisadi əməkdaşlığı genişləndirmək üçün yeni imkanlar var
29 Aprel 2026 18:19   Paylaş

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında iqtisadi tərəfdaşlığı şaxələndirmək üçün yeni imkanlar yaranıb.

"Stabil.az" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"BƏƏ-nin Xarici İşlər Nazirliyində dövlət naziri, Azərbaycan-BƏƏ Hərtərəfli Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsinin həmsədri Səid əl-Hacirinin rəhbərlik etdiyi nümayəndə heyətini ölkəmizdə qarşılamaqdan məmnun olduq. Azərbaycan və BƏƏ arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti, biznes əlaqələrinin və işgüzar dairələr arasında əməkdaşlığın dinamik inkişafı, birgə investisiyaların təşviqi, sənaye, enerji, nəqliyyat turizm və digər sahələrdə işbirliyinin möhkəmləndirilməsi barədə müzakirələr apardıq", - nazir qeyd edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol