Mikayıl Cabbarov: Azərbaycan-İsrail münasibətləri uzunmüddətli etimad üzərində qurulub
26 Yanvar 2026 15:48   Paylaş

Azərbaycan və İsrail arasında institusional səviyyədə uzunmüddətli əlaqələrə əsaslanan möhkəm siyasi etimad və konstruktiv dialoq mövcuddur.

"Stabil.az" “Report”-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-İsrail biznes forumunda deyib.

Cabbarov bildirib ki, bu etimad yalnız siyasi və institusional əlaqələrlə məhdudlaşmır, həm də insanların birgə yaşaması və qarşılıqlı münasibətlər tarixindən qaynaqlanır:
"Yüksək səviyyəli təmaslar münasibətlərimizin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Xüsusilə ötən həftə Davosda keçirilən Ümumdünya İqtisadi Forumu çərçivəsində Prezident Əliyev və Prezident Hersoq arasındakı görüşü qeyd etmək vacibdir" – deyə nazir əlavə edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol