Mikayıl Cabbarov: Azad edilmiş ərazilərin bərpası milli ideyanın təzahürüdür
17 İyun 2026 15:40   Paylaş

Mikayıl Cabbarov bildirib ki, azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri strateji və milli əhəmiyyət daşıyır və milli ideyanın təcəssümü kimi qiymətləndirilir.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən dialoq sessiyasında çıxışı zamanı deyib.

O qeyd edib ki, həmin ərazilərə səfər edən beynəlxalq tərəfdaşlar, institut rəhbərləri bu prosesin miqyasını və əhəmiyyətini yerində görürlər.

“Qarabağda həyata keçirilən infrastruktur layihələri, o cümlədən suvarma sistemləri və yaşayış şəraitinin bərpası yüksək prioritet daşıyır. Biz azad edilmiş ərazilərin bərpasını yalnız iqtisadi və sosial layihə kimi deyil, eyni zamanda, milli ideyanın təcəssümü kimi qiymətləndiririk. Məqsəd məcburi köçkünlərin və qaçqınların öz tarixi torpaqlarına qayıdışını təmin etməkdir”, – deyə nazir bildirib.

O əlavə edib ki, bu ərazilər “yaşıl inkişaf zonaları” kimi elan edilib və bütün infrastruktur layihələri bu konsepsiya əsasında həyata keçirilir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol