Merts: ABŞ-la əlaqələri kəsmək Avropanın geosiyasi maraqlarına ziddir
13 Fevral 2026 19:49   Paylaş

Almaniya kansleri Fridrix Merts ABŞ-la əlaqələri tamamilə kəsməyin Avropanın maraqlarına uyğun olmadığını bildirib.

"Stabil.az"ın məlumatına görə, Merts bu açıqlamanı Münhen Təhlükəsizlik Konfransındakı çıxışında verib.

Kansler deyib: “Bəzi insanlar Avropanın ABŞ-la tərəfdaşlıq əlaqələrini kəsməsini tələb edir. Mən bu narahatlıqları anlayıram və bəzilərini bölüşürəm. Amma əlaqələri kəsmək yaxşı düşünülməmiş ideyalardır və Avropadakı geosiyasi vəziyyəti nəzərə almır”.

Merts həmçinin Çinin qlobal təsirinə toxunaraq bildirib ki, Çin strateji səbr vasitəsilə dünyada geosiyasi nizamı yenidən formalaşdırmağa çalışır və hərbi sahədə ABŞ-la bərabər səviyyəyə çata bilər.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol