Mərkəzi Bankın valyuta ehtiyatları 5%-dən çox artıb
3 Fevral 2026 12:06   Paylaş

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il yanvarın 30-na 11 mlrd. 563,5 mln. dollara çatıb.

“Stabil.az"ın AMB-yə istinadən verdiyi məlumata görə, valyuta ehtiyatları son bir ayda 0,4 faiz və ya 48,6 mln. dollar artıb.

Son bir ildə isə Mərkəzi Bankın valyuta ehtiyatları 5,2 faiz yüksəlib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol