Mərkəzi Afrika Respublikasında silahlılar sərhəd şəhərini ələ keçirib, ölən və yaralananlar var
Mərkəzi Afrika Respublikasının Sudanla sərhəddə yerləşən Am-Dafok şəhərinin naməlum yaraqlılar tərəfindən ələ keçirilməsi nəticəsində onlarla insan ölüb və yaralanıb.
"Stabil.az" xəbər verir ki, bu barədə yerli mənbələrə istinadən "Ndeke Luka" radiosu məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində azı 28 nəfər həlak olub, daha 25 nəfər isə yaralanıb.
Qeyd edilib ki, şəhərin bir çox sakinləri evlərini tərk edib və BMT-nin MAR-da Çoxölçülü İnteqrasiya edilmiş Sabitləşdirmə Missiyasının (MINUSCA) yerli bazasında sığınacaq axtarırlar. Bildirilib ki, bazanın özündə tibbi yardımın olmaması səbəbindən iki uşaq ölüb.
Radio qeyd edib ki, təhlükəsizlik sahəsindəki böhranla yanaşı, Am-Dafok xəstəxanaların qarət edilməsi ilə üzləşir və bu, tibbi yardıma əlçatanlığı, demək olar, mümkünsüz edir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





