Mərakeşdə yaşayış binası çökdü, 14 nəfər həlak oldu
22 May 2026 10:32   Paylaş

Mərakeşin Fes şəhərində yaşayış binasının çökməsi nəticəsində 14 nəfər həyatını itirib.

"Stabil.az" xəbər verir ki, bu barədə “Hespress” şəhərin tibb rəsmilərinə istinadla məlumat yayıb.

Məlumata görə, daha altı nəfər yaralanıb. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Xatırladaq ki, daha əvvəl Fesin tarixi məhəlləsində yaşayış binasının uçması nəticəsində doqquz nəfərin öldüyü bildirilmişdi.

Mərakeş Milli, Şəhərsalma, Mənzil və Şəhər Siyasəti Nazirliyinin sözçüsü Ədib Benibrahim bildirib ki, bina qanunsuz tikinti səbəbindən çöküb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol