Mərakeş yığmasına yeni baş məşqçi təyin olunub
6 Mart 2026 15:29   Paylaş

Mərakeş milli komandasının yeni baş məşqçisi müəyyən edilib.

"Stabil.az" xarici KİV-ə istinadən xəbər verir ki, bu vəzifəyə 49 yaşlı Məhəmməd Uahbi gətirilib. Mütəxəssislə bağlanan müqavilənin detalları açıqlanmayıb. O, yığmanın sükanı arxasında Vahid Reqraqini əvəzləyib.

Qeyd edək ki, Mərakeş yığması Afrika Millətlər Kubokunun son finalçısıdır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol