Meduzaların kütləvi axını Fransada nüvə stansiyasının fəaliyyətini dayandırıb
Fransanın şimalındakı Qravelin Atom Elektrik Stansiyasının üç reaktorunun fəaliyyəti dəniz suyunun vurulması məntəqələrinə meduzaların kütləvi daxil olması ilə əlaqədar dayandırılıb.
"Stabil.az" xəbər verir ki, bu barədə Fransanın elektrik enerjisi şirkəti olan “EDF” məlumat yayıb.
Bildirilib ki, bu vəziyyət qurğuların və personalın təhlükəsizliyinə, eləcə də ətraf mühitə təsir göstərmir. Meduzaların kütləvi şəkildə suqəbuledici sistemlərə daxil olması filtrasiya qurğularının tutulmasına səbəb ola bildiyi üçün qabaqlayıcı tədbirlər görülür.
Qeyd edək ki, Qravelin Atom Elektrik Stansiyasında qurğuların soyudulması üçün Şimal dənizinin suyundan istifadə olunur.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





