Media: "Eurofighter Typhoon" qırıcıları Türkiyəyə 2030-cu ildən tədarük ediləcək
Britaniyanın "BAE Systems" şirkəti 2030-cu ildən etibarən Türkiyəyə "Eurofighter Typhoon" qırıcı təyyarələrinin tədarükünə başlamağı planlaşdırır.
"Stabil.az" “Türkiye” qəzetinə istinadla xəbər verir ki, dördüncü nəsil çoxməqsədli qırıcı təyyarələrinin ilk komponentlərinin istehsalına İngiltərənin Lankaşir qraflığında Semlsberi şəhərindəki “BAE Systems” zavodunda, eləcə də “Eurofighter” konsorsiumu daxilində tərəfdaş ölkələrdə başlanılıb.
Ötən ilin oktyabr ayında Türkiyə Birləşmiş Krallıqla 8 milyard funt sterlinqə (10,7 milyard dollar) 20 yeni “Eurofighter Typhoon” qırıcı təyyarəsinin alınması barədə saziş imzalayıb.
Bundan əlavə, Ankara Qətər və Omandan əlavə 24 qırıcı təyyarə aldığını elan edib. Üstəlik, Qətərdən alınan 12 təyyarə “Eurofighter Tranche 3A”nın ən son versiyasıdır.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





