Media: ABŞ-nin Əhvaz yaxınlığına zərbələrində üç nəfər həlak olub
9 İyul 2026 10:57   Paylaş

İranın Xuzistan əyalətinin Əhvaz şəhəri yaxınlığında ABŞ-nin həyata keçirdiyi hava hücumları nəticəsində üç nəfər ölüb, bir neçə nəfər yaralanıb.

"Stabil.az" xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.

Daha əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazına İranın nəzarət etmək qabiliyyətini zəiflətmək məqsədilə zərbələr endirildiyini bildirmişdi. Partlayışlar İranın Əkkalə, Bəndər Abbas, Cask, İsfahan, Sirik və Çabahar liman şəhərlərində, eləcə də Əbu Musa adasında və Buşəhr əyalətinin bəzi yerlərində qeydə alınıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol