Mavriki Respublikasının Prezidenti İçərişəhərlə tanış olub
20 May 2026 12:37   Paylaş

BMT-nin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Mavriki Respublikasının Prezidenti Daramber Qoxul İçərişəhəri ziyarət edib.

"Stabil.az" bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə istinadən məlumat verib.

Bildirilib ki, Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud ilə birgə keçirilən tanışlıq turu zamanı ali qonaq Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Buxara Karvansarası və digər tarixi-memarlıq abidələri ilə yaxından tanış olub.

Səfər müddətində nümayəndə heyətinə İçərişəhərin qlobal mədəni irs statusu, qədim abidələrin mühafizəsi istiqamətində atılan addımlar, eləcə də yerli icmanın və sənət adamlarının bu prosesə cəlb olunması barədə geniş məlumat verilib.

News about - Mavriki Respublikasının Prezidenti İçərişəhərlə tanış olub

Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol