Mauritsio Sarri “Atalanta”ya rəhbərlik edəcək
26 May 2026 12:38   Paylaş

İtaliyanın “Atalanta” klubu yeni baş məşqçi postu üçün Mauritsio Sarri ilə müqavilə şərtlərini razılaşdırıb.

"Stabil.az" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Mauritsio Sarri Berqamo təmsilçisi ilə müqavilə şərtlərini razılaşdırıb.

Tezliklə tərəflər arasında rəsmi müqavilə imzalanacaq. 67 yaşlı italiyalı mütəxəssis bu postda Raffaele Palladinonu əvəzləyəcək.

Xatırladaq ki, Mauritsio Sarri son olaraq "Latsio"da işləyib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol