Marta Kos: TRIPP layihəsi regionda real sıçrayış yarada bilər
14 Fevral 2026 20:38   Paylaş

Avropa hesab edir ki, TRIPP layihəsi, xüsusilə Türkiyə ilə dialoq amili nəzərə alındıqda, region üçün əsl irəliləyiş potensialına malikdir.

“Stabil.az” xəbər verir ki, bunu Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta Kos Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

Komissarın sözlərinə görə, TRIPP layihəsinin yalnız bir hissəsinin icrası məqsədəuyğun deyil və bu təşəbbüsə daha geniş yanaşma tələb olunur. O bildirib ki, Avropa beynəlxalq maliyyə institutları ilə birlikdə Azərbaycanla Naxçıvan arasında dəmir yolu xəttinin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasını müzakirə edir. Bu istiqamət Aİ üçün xüsusi maraq doğurur.

Kos vurğulayıb ki, TRIPP layihəsinin Naxçıvan istiqaməti ilə əlaqələndirilməsi region üçün əsl sıçrayışa çevrilə bilər. O əlavə edib ki, bu məsələ xüsusilə Türkiyə ilə dialoq kontekstində mühüm əhəmiyyət kəsb edir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol