Marta Kos mayda Ermənistana səfər edəcək
17 Fevral 2026 16:31   Paylaş

Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos may ayında Ermənistana səfər edəcək. O, İrəvanda keçiriləcək ilk Ermənistan–Aİ sammitində iştirak edəcək.

"Stabil.az" bu barədə Ermənistan KİV-ə istinadən məlumat yayıb.

Məlumata görə, Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan Avropa Komissiyasının Qonşuluq və Genişlənmə, eləcə də Şərq Qonşuluğu üzrə baş direktoru Gert Yan Koopmanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı Ermənistan–Aİ tərəfdaşlığının strateji gündəliyinin icrası ilə bağlı məsələlər müzakirə olunub. Tərəflər, həmçinin Marta Kosun səfəri və sammit ərəfəsində əməkdaşlıq çərçivəsində yeni təşəbbüslərin müəyyənləşdirilməsi istiqamətində işi davam etdirmək barədə razılığa gəliblər.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol