Marta Kos: Azərbaycan-Ermənistan sülhü yeni imkanlara yol açıb
14 Fevral 2026 18:32   14 Feb 2026 19:52 Paylaş

Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması yeni imkanların yaranmasına şərait yaradıb.

"Stabil.az” xəbər verir ki, bu barədə Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos açıqlama verib.

Onun sözlərinə görə, Aİ qlobal marşrutun formalaşdırılması istiqamətində həm Ermənistan, həm də Azərbaycanla əməkdaşlıq edir.

Komissar bildirib ki, gündəlikdə duran məsələlər Aİ-nin Qara dəniz üzrə yeni strategiyasına uyğundur. Bu çərçivədə həyata keçirilən layihələrin müsbət geosiyasi dəyişikliklərə təkan verəcəyi gözlənilir. Məqsəd işgüzar dairələrin, eləcə də vətəndaşların və xalqların bundan fayda əldə etməsidir.

Kos vurğulayıb ki, indiyədək Qara dəniz və ya Xəzər dənizi regionuna daha çox ayırıcı faktor kimi yanaşma mövcud olub. Lakin hazırda bu yanaşma dəyişir. Onun fikrincə, Ermənistanla Azərbaycan arasında sülh prosesi yeni qapılar açır və əvvəllər mümkün görünməyən təşəbbüslərin reallaşacağına inam yaradır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol