Markus Reşford karyerasının ilk çempionluğunu qazandı
11 May 2026 11:15   Paylaş

“Barselona”nın futbolçusu Markus Reşford İspaniya La Liqasının XXXV turunda "Real" üzərində qələbədən sonra karyerasının ilk çempionluğunu qazanıb.

"Stabil.az" xəbər verir ki, 28 yaşlı hücumçu "Kral klubu" ilə ötən günkü matçda ilk qolun müəllifi olub.

"Barselona" Reşfordu 2025/2026 mövsümünün əvvəlində İngiltərə təmsilçisi "Mançester Yunayted"dən icarə əsasında heyətinə qatıb.

Bu, 2016-cı ildən bəri "qırmızı şeytanlar"ın heyətində yer alan Reşfordun karyerasındakı ilk çempionluq tituludur.

Qeyd edək ki, "Barselona" 91 xalla turnir cədvəlinin ilk sırasında yer alıb. Ən yaxın izləyicisi "Real" isə 77 xalla ikincidir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol