Mark Rütte: NATO dronlardan müdafiəyə 40 milyard dollardan çox vəsait yönəldəcək
Alyans ölkələri növbəti beş ildə dronlardan müdafiə imkanlarının gücləndirilməsi üçün 40 milyard dollardan artıq vəsait sərf edəcəklər.
"Stabil.az" "Jerusalem Post"a istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rütte Ankarada keçirilən müdafiə sənayesi forumunda bildirib.
Onun sözlərinə görə, təşəbbüs müasir silahlı münaqişələrdə getdikcə daha çox istifadə edilən və böyük itkilərə səbəb olan pilotsuz uçuş aparatlarının tətbiqi ilə bağlı təhlükənin sürətlə artmasına cavab olub.
M.Rütte həmçinin bildirib ki, NATO müttəfiqləri kritik əhəmiyyət kəsb edən müdafiə materialları ehtiyatlarını birgə satın almaq, saxlamaq, daşımaq və idarə etmək barədə razılığa gəliblər.
NATO-nun Baş katibi qeyd edib ki, təşəbbüsə Belçika, Kanada, Danimarka, Finlandiya, Yunanıstan, İtaliya, Lüksemburq, Niderland, Norveç, İspaniya, İsveç və Türkiyə qoşulub.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





